Son zamanlar zədələr səbəbindən oyunlardan uzaq qalan “Yuventus”un hücumçusu Arkadiuş Milik 665 günlük fasilədən sonra meydana qayıdıb.


Rekord.az xəbər verir ki, o, İtaliya çempionatının 30-cu turunda, “Sassuolo”ya qarşı (1:1) oyunda 11 dəqiqə meydanda olub.


“Sassuolo” ilə matçdan əvvəl Milikin klubda son oyunu 25 may 2024-cü ildə, “Monza”ya qarşı (2:0) olub.


34 yaşlı futbolçu 2022-ci ildən “Yuventus”da çıxış edir və klubla hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.