Futbolçu İniqo Martines “Atletik”i tərk edir.

Rekord.az xəbər verir ki, onun Bilbao klubu ilə müqaviləsi iyunun 30-da başa çatacaq.

Klubdan verilən məlumata görə, müdafiəçi müqaviləni yeniləməkdən imtina edib və komandadan azad agent kimi ayrılacaq.

Martines “Atletik”də 6 mövsüm keçirib və bütün yarışlarda 177 oyun keçirib.

Daha əvvəl 32 yaşlı futbolçunun “Barselona”ya keçməyə yaxın olduğu bildirilirdi. “Diario Sport”un məlumatına görə, Kataloniya klubu yaxın günlərdə onun transferini açıqlaya bilər. Martineslə 3 mövsümlük müqavilə imzalanacaq.