11 klub “Turan Tovuz”la bağlı CAS-a müraciət etdi - siyahıda "Zirə" də var
- 19:08
- 55
Misli Premyer Liqasında mübarizə aparan klublardan birinin təşəbbüsü ilə UEFA-ya və CAS-a müraciət olunub.
Müraciət “Turan Tovuz”un 2026/27 mövsümü avrokuboklardan uzaqlaşdırılması barədə UEFA-nın verdiyi qərarla bağlı bağlıdır.
Tovuz klubunun CAS-a şikayətinə dəstək məqsədilə ünvanlanan müraciəti “Zirə” də daxil olmaqla Misli Premyer Liqasında yarışan 11 klub (“Turan Tovuz” istisna olmaqla) imzalayıb.
Məktubda “Turan Tovuz”un Azərbaycan futbolunun inkişafında oynadığı mühüm rol, son illər apardığı işlər və daha öncə baş verən proseslərin əvvəlki rəhbərliyin dövründə olduğu qeyd edilib.
Əlavə edək ki, CAS-da “Turan Tovuz”un şikayətinə iyunun 15-də baxılacağı gözlənilir.