«Zirə»nin gələn mövsümlə bağlı planları tədricən məlum olmaqdadır.

Rekord.az xəbər verir ki, hələlik dəqiqləşən odur ki, klubun büdcəsi artacaq.

Fəxri prezident Orxan Məmmədov qəsəbə təmsilçisinə diqqəti artırmaq istəyini qətiləşdirib.

Cari sezon hakimlərin çoxsaylı təzyiqləri ilə üzləşən «qartallar» yeni sponsorların da bura cəlb olunmasıyla daha iddialı duruma gələcək. Hazırda bir neçə şirkətlə bu yöndə danışıqlar başa çatmaq üzrədir. (sportinfo.az)