"Turan" yoldaşlıq oyununda "Fenerbahçe"yə məğlub oldu
- 20:13
- 38
Çempionlar Liqasına hazırlaşan qadın voleybolçulardan ibarət "Turan" klubu yeni mövsüm öncəsi Türkiyədə yoldaşlıq oyunu keçirib. "Rekord.az" xəbər verir ki, Tovuz təmsilçisi İstanbulda "Fenerbahçe" ilə üz-üzə gəlib.
Burhan Felek Spor Salonunda baş tutan görüş 4 hissə davam edib. "Turan" bu qarşılaşmada 1:3 hesabı ilə məğlub olub.