AFFA İntizam Komitəsinin iclası keçirilib.


Rekord.az xəbər verir ki, bu gün keçirilmiş iclasda 2-ci liqanın 5-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:


“Zəngəzur” – “Kür-Araz” oyunundan əvvəl “Zəngəzur” komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə “Zəngəzur” komandası 150 manat cərimə edilib.


“Şəki” – “Hypers” oyununda “Şəki” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şəki” komandası 70 manat cərimə edilib.


“Şəmkir” – “Şirvan” oyununda “Şəmkir” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şəmkir” komandası 70 manat cərimə edilib.


“Şəmkir” – “Şirvan” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə matç gec başladığı üçün “Şəmkir” komandası 200 manat cərimə edilib.


“Şəmkir” – “Şirvan” oyununda “Şəmkir” komandasının həkimi olmadığına və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Şəmkir” komandası 200 manat cərimə edilib.


“Şəmkir” – “Şirvan” oyununda “Şirvan” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Şirvan” komandası 70 manat cərimə edilib.