Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.

Rekord.az xəbər verir ki, D Liqasında mübarizə aparan millimiz qrup mərhələsindəki ikinci oyununu Lixtenşteynə qarşı keçirib.

Ayxan Abbasovun rəhbərlik etdiyi komandamız bu rəqibini Tofiq Bəhramov adına respublika stadionunda qəbul edib. Qarşılaşmanı Avstriyadan olan hakimlər idarə ediblər.

Bu görüşdə qapılara qol vurulmayıb.

Millimiz daha öncə səfərdə Litva yığması ilə qarşılaşıb – 1:1. Lixtenşteyn yığması isə evdə Litvaya 0:2 hesabıyla uduzub.

UEFA Millətlər Liqası
D Liqası, 2-ci qrup

1 oktyabr

Azərbaycan – Lixtenşteyn 0:0
Baş hakim: Kristian-Petru Çoçirka (Avstriya).
Tofiq Bəhramov adına Respublika stadionu.

Azərbaycan: 1. Emil Balayev, 5. Anton Krivotsyuk, 6. Abdulla Xaybullayev, 7. Toral Bayramov, 8. Emin Mahmudov (k), 9. Musa Qurbanlı, 10. Mahir Emreli, 14. Elvin Bədəlov, 17. Vüsal İsgəndərli, 19. Tellur Mütəllimov, 21. Rəhim Sadıxov.
Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Rəvan Mirzəmmədov, 2. Edqar Adilxanov, 3. Rüfət Abbasov, 4. Rahil Məmmədov, 11. Ayxan Hüseynov, 13. Emil Səfərov, 15. Murad Xaçayev, 16. Rüfət Abdullazadə, 18. Cəlal Hüseynov, 20. Aleksey İsayev, 22. Anatoli Nuriyev.
Baş məşqçi: Ayxan Abbasov.
Lixtenşteyn: 1. Benjamin Büxel, 3. Maks Göppel, 4. Lars Traber, 5. Yonas Vayssenhofer, 8. Aron Sele, 10. Marsel Büxel, 11. Alessandro Lo Russo, 13. Kenni Kindle, 18. Nikolas Hasler (k), 20. Alessio Hasler, 23. Yens Hofer.
Ehtiyat oyunçular: 12. Yustin Ospelt, 21. Lorenso Lo Russo, 2. Niklas Bek, 6. Severin Şlegel, 7. Fabio Luke-Notaro, 9. Villiam Pizzi, 14. Livio Meyer, 15. Andrin Netser, 16. Bruno Poitner, 17. Liam Krans, 19. Emanuel Zünd, 22. Florian Allqauer.
Baş məşqçi: Konrad Fünfştük.