Avqust ayından start götürən "Sabahın ulduzları" futbol turnirinə yekun vurulub.

Rekord.az xəbər verir ki, U-14 yaş qrupunda turnirin oyunçusu adını "Ulduz"un "8 nömrə"si  Uğur Hüseynli layiq görülüb.

2013-cü il təvəllüdlü Üğur Sumqayıtda anadan olub. İlk olaraq "Sumqayıt City"də Kənan Kərimov yanında futbolun sirrlərini öyrənib. Sonradan "Ulduz" Futbol Akademiyası onu bəyənərək öz heyətinə qatıb. Hazırda öz yaş qrupunda ölkənin ən perspektivli futbolçularından sayılır. Hələ "Sabahın ulduzları" çempionatı başladığı ilk gündən onun oyunu bizim də diqqətimizi çəkdi. "Vinger" funksiyasını çox yaxşı yerinə yetirir. Həm mərkəzdə, həm də cinahda oynanamağı bacarır, açar ötürmələri ilə seçilir. Oyun tərzi bir növsü İnyestaya oxşayır. Ümid edirik ki, AFFA, milli məşqçiləri onu daima diqqətdə saxlayacaq və Üğur gələcəkdə Azərbaycanın sayılıb-seçilən futbolçularından biri olacaq.