UEFA Millətlər Liqasının qrup mərhələsində III tura bu gün start veriləcək.

Rekord.az xəbər verir ki, A, B və D Liqalarında ümumilikdə 8 oyun keçiriləcək.

A Liqasının 2-ci qrupunda Almaniya millisi Serbiyanı qəbul edəcək, Niderland isə Yunanıstanın qonağı olacaq.

4-cü qrupda Portuqaliya səfərdə Danimarkanı, Norveç isə Uelsi sınağa çəkəcək.

UEFA Millətlər Liqası

III tur

1 oktyabr

A Liqası

2-ci qrup

22:45. Almaniya - Serbiya

22:45. Yunanıstan - Niderland

Xal durumu: Yunanıstan - 6, Niderland - 4, Almaniya - 1, Serbiya - 0.

4-cü qrup

22:45. Danimarka - Portuqaliya

22:45. Uels - Norveç

Xal durumu: Portuqaliya - 6, Norveç - 3, Danimarka - 3, Uels - 0.

B Liqası

3-cü qrup

22:45. İrlandiya - Avstriya

22:45. İsrail - Kosovo

Xal durumu: Avstriya - 6, Kosovo - 3, İrlandiya - 3, İsrail - 0.

D Liqası

1-ci qrup

22:45. Malta - Cəbəllütariq

Xal durumu: Malta - 3 (bir oyun), Cəbəllütariq - 1 (bir oyun), Andorra - 0 (iki oyun).

2-ci qrup

20:00. Azərbaycan - Lixtenşteyn

Xal durumu: Litva - 4 (iki oyun), Azərbaycan - 1 (1 oyun), Lixtenşteyn - 0 (bir oyun).