UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Zirə”nin rəqibi olan Xorvatiyanın “Hayduk” klubu təlim-məşq toplanışı çərçivəsində növbəti yoldaşlıq oyununa çıxıb.


Rekord.az xəbər verir ki, Split təmsilçisi Bosniya və Herseqovinanın “Posuşe” klubuna 1:0 qalib gəlib.


Bu, "Hayduk"un Sloveniya toplanışı çərçivəsində 3-cü qələbəsidir. Komanda ilk matçında ÇSKA-nı (Sofiya) 1:0 hesabı ilə məğlub edib. Xorvatiya klubu “Radomlje”ni (Sloveniya) eyni hesabla üstələyib.  


“Zirə” və “Hayduk” arasındakı ilk görüş iyulun 23-də Bakıda, cavab qarşılaşması isə 31 iyulda Splitdə keçiriləcək.