
“Zirə”nin rəqibindən darmadağın
- 15 İyl 2025 22:40
- 41
"Zirə"nin UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Hayduk" (Xorvatiya) yoxlama görüşü keçirib.
Rekord.az xəbər verir ki, "Polyud" stadionunun köməkçi meydançasında 2-ci Liqa təmsilçisi "Xorvatiya Emiyavçi"ni qəbul edən Split kollektivi 4:1 hesablı qələbəyə sevinib.
"Zirə" ilə "Hayduk" arasında ilk matç iyulun 23-də, saat 19:30-da "Bakcell Arena"da baş tutacaq. Komandalar arasında cavab görüşü isə iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.