
“Zirə”nin rəqibi yeni qapıçı aldı
- 15:00
- 40
Konfrans Liqasının təsnifat mərhələsinin 2-ci turunda “Zirə”nin rəqibi olan Xorvatiyanın “Hayduk” klubu sıralarına yeni futbolçu qatıb.
Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Split təmsilçisi qapıçı İvitsa İvuşiçi transfer edib.
Xorvatiya millisinin 30 yaşlı qolkiperi ilə 2028/2029 mövsümünün sonuna kimi müqavilə imzalanıb.
İvusiçin son klubu Kiprin "Pafos" klubu olub. O, "İnter" (İtaliya), "Panatinaikos"( Yunanıstan) klublarında da çıxış edib.