“Zirə”nin rəqibi xal itirdi
- 19:00
- 39
“Zirə”nin Konfrans Liqasındakı rəqibi “Torpedo” Gürcüstan çempionatında növbəti oyuna çıxıb.
Rekord.az xəbər verir ki, Kutaisi təmsilçisi öz meydanında “Spaeri” ilə qarşılaşıb. Görüş qolsuz bərabərliklə başa çatıb - 0:0.
“Torpedo” 19 turdan sonra 27 xalla 4-cü sıradadır.
Qeyd edək ki, “Zirə”nin Gürcüstan klubuna qarşı ilk oyunu iyulun 8-də Sumqayıtda, cavab görüşü iyulun 16-da Kutaisidə olacaq.