"Zirə" Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama matçında qələbə qazanıb.


Rekord.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda qardaş ölkə təmsilçisi "Çorum"la üz-üzə gəlib.


Fanatik Tur Meydançalarında baş tutan matç "qartallar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.


Bakı klubunun heyətində Abdul Aziz Batibye (60) və Şahmar Aşurov (71) fərqləniblər.


Komanda daha əvvəl Bakıda “Qarabağ”a qarşı keçirdiyi yoxlama matçında 0:4 hesabı ilə uduzub. Türkiyədə isə “Ankara Keçiörengücü”ndən (2:1) və İordaniyanın “Əl-Hüseyn” (1:0) komandasından üstün olub.


"Zirə" Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Hayduk"la üz-üzə gələcək. Komandalar arasında ilk matç iyulun 23-də, saat 19:30-da "Bakcell Arena"da, cavab görüşü isə 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.