“Səbail” futbolçuları bu gün “Zirə”ni məğlub etmək üçün hər şeyə əl atacaq.

Rekord.az xəbər verir ki, onlar matçöncəsi əla stimul alıblar.

Təbii ki, təkcə bayıllılar deyil, bütün komandalar hər oyuna qələbə üçün çıxır. Lakin uğurun komandaya xal gətirməsindən əlavə, futbolçular özlərinin də varlanacağını biləndə ikiqat əzmlə mübarizə aparır. “Səbail”in rəhbərliyi oyunçularına bu fürsəti yaradıb.

Ötən tur “Sabah”la matçdakı heç-heçəyə görə hərəsi min manata sahib olan futbolçulara “Zirə” üzərində qələbəyə görə bunun 3 qatı vəd edilib. Baş məşqçii Mahmud Qurbanov özünün futbol oynadığı dövrlərdəki kimi, uğurun yalnız bu şəkildə qazanıla biləcəyinə rəhbərliyi inandırıb, onlar da kisənin ağzını açıb. (futbolinfo.az)