Azərbaycan cüdoçuları Özbəkistanda təlim-məşq toplanışında iştirak ediblər
- 18:00
- 41
Azərbaycanın gənc qız cüdoçulardan ibarət milli komandası Özbəkistanın paytaxtı Daşkənddə keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edib.
Bu barədə Rekord.az-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.
Hazırlıq prosesinə gənc qızlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar və yeniyetmə qızlardan ibarət millinin baş məşqçisi Elnur İsmayılov rəhbərlik ediblər.
Təlim-məşq toplanışı oktyabrın 24-25-də Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək gənclər arasında Qran-pri turnirinə hazırlıq məqsədi daşıyıb.