Araz Bağırova bir oyunluq cəza
- 19:20
- 39
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda Premyer Liqanın 8-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib.
“Şamaxı” – “Şəfa” oyununun 85-ci dəqiqəsində “Şamaxı” komandasının məşqçisi Araz Bağırov hakimin qərarına etiraz etdiyinə görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəza alıb, “Şamaxı” komandası 2500 manat cərimə edilib.
“Şamaxı” – “Şəfa” oyununda “Şəfa” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şəfa” komandası 700 manat cərimə edilib.
“Sumqayıt” – “Araz-Naxçıvan” oyununun 86-cı dəqiqəsində “Araz-Naxçıvan” komandasının 9 nömrəli futbolçusu Ağadadaş Salyanskiy ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəza alıb, “Araz-Naxçıvan” komandası 500 manat cərimə edilib.
“Qarabağ” – “Neftçi” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Qarabağ” komandası 5000 manat cərimə edilib.
“Qarabağ” – “Neftçi” oyununda “Neftçi” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Neftçi” komandası 700 manat cərimə edilib.
“Qarabağ” – “Neftçi” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Neftçi” komandası 3000 manat cərimə edilib.
“Qarabağ” – “Neftçi” oyununun 90+4-cü dəqiqəsində “Neftçi” komandasının mətbuat katibi Asəf Zeynallı tərəfindən stadiona kiçik zərər vurulduğuna, dəymiş zərər yerində ödənildiyinə görə Asəf Zeynallıya xəbərdarlıq edilib.
“İmişli” – “Turan Tovuz” oyununda “Turan Tovuz” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Turan Tovuz” komandası 700 manat cərimə edilib.