“Sabah” ciddiyə alınası rəqibdir” - Kovaç
- 20 Okt 2026 23:19
- 39
Dortmund “Borussiya”sı bu gün UEFA Çempionlar Liqasının liqa mərhələsinin 3-cü turunda “Sabah”ın qonağı olub.
Rekord.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən matçdan sonra “arılar”ın baş məşqçisi Niko Kovaçın mətbuat konfransı olub. Xorvatiyalı çalışdırıcı 2:1 hesabı ilə qalib gəldikləri oyunu belə şərh edib:
“Çox vacib qələbə oldu. Təbii ki, oyundan razıyıq. Çox yaxşı oynadıq və qələbəni qazandıq. Güclü komanda ilə qarşılaşdıq. Demək olar ki, şanslarımızdan yararlandıq. Komandamdan razıyam. Oyunçularım müdafiədə də yaxşı çıxış etdilər, rəqibə şans vermədilər.
Əslində bu matçı hücumda oynamaq istəyirdik. Oyunu arxadan düzgün quraraq hücuma keçirdik. Verdiyimiz tapşırıqları yerinə yetirdik.
Standart vəziyyətlər həmişə bizi əsəbiləşdirir. Bunun üzərində çox çalışırıq. Rəqibin vurduğu qol vəziyyətində daha fərqli oynaya bilərdik.
Müdafə və orta xəttimizdə həmişə intensiv oynamağa çalışırıq. Bizim 8 nömrə üçün daha rahat oldu. İki yarımmüdafiə seçimimiz təhlükələrin qarşısını almaqda özünü yaxşı tərəfdən göstərdi.
İlk on dəqiqədə qapıya beş zərbə vurduq. Məqsədimiz o idi ki, oyunu nəzarətimizdə saxlayaq. Amma müəyyən müddətdən sonra gedişat sakitləşdi. Biz çox yaxşı çıxış etdik. Onu da demək istəyirəm ki, çox güclü komanda ilə qarşılaşdıq. Həqiqətən, çox ciddiyə alınası rəqibdir. Çox yaxşı baş məşqçiləri var, onları təbrik edirəm. Düşünürəm ki, növbəti rəqiblərinə ciddi problemlər yaradacaqlar”.