“Sabah” “Borussiya”ya uduzdu
- 22:35
- 44
“Sabah” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununa çıxıb.
Rekord.az xəbər verir ki, Azərbaycan çempionu Liqa mərhələsinin 3-cü turunda Almaniyanın “Borussiya” (Dortmund) komandasını qəbul edib.
Bakı Olimpiya Stadionunda baş tutan görüşü ispaniyalı hakimlər briqadası idarə edib. Matçın baş hakimi Xavyer Alberola Roxas olub. Üç qolluq oyunda Almaniya nəhəngi qələbə qazanıb.
“Sabah” ilk turda səfərdə “Mançester Yunayted”ə 0:4 hesabı ilə uduzub, daha sonra “Slaviya”nı 2:0 hesabıyla yenib. “Borussiya” isə evdə “Vilyarreal”ı 3:2 hesabı ilə məğlub edib, səfərdə “Bodo Qlimt”ə 0:1 hesabı ilə uduzub.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 3-cü tur
20 oktyabr
Sabah – Borussiya (Dortmund) 1:2
Qollar: Eyden Makkarti, 39 - Seru Girassi, 10; 53.
Baş hakim: Xavyer Alberola Roxas (İspaniya).
Bakı Olimpiya Stadionu. Saat 20:45.
Sabah: 92. Stas Pokatilov (k), 3. Stiv Solvet, 4. Eyden Makkarti, 7. Umarali Rahmonaliyev, 11. Kahim Parris, 13. İvan Lepinitsa, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 27. Timoteuş Puxaç, 37. Du Keyros, 80. Akim Zedadka.
Ehtiyat oyunçular: 1. Amin Ramazanov, 94. Rəvan Mirzəmmədov, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybullayev, 8. Kristian Nvaçukvu, 9. Xəyal Əliyev, 10. Aleksey İsayev, 17. Tellur Mütəllimov, 33. Erivaldo Almeyda, 34. Ksander Severina, 88. Rodriqo Fernandes, 99. Patrik Mbina.
Baş məşqçi: Valdas Dambrauskas.
Borussiya: 1. Qreqor Kobel, 3. Valdemar Anton, 4. Niko Şlotterbek (k), 5. Rami Bensebaini, 8. Feliks Nmeça, 9. Seru Girassi, 17. Karni Çukvuemeka, 21. Fabio Silva, 24. Daniel Svensson, 25. Joey Verman, 26. Julian Ryerson.
Ehtiyat oyunçular: 30. Patrik Dreves, 33. Aleksander Meyer, 7. Cob Bellingem, 14. Maksimilian Beyer, 18. İtan Nvaneri, 20. Marsel Zabitser, 22. Joan Qadu, 39. Filippo Mane, 40. Samuele İnasio, 41. Matis Albert, 44. Enzo Dos Santos, 49. Luka Recciani.
Baş məşqçi: Niko Kovaç.