"Turan"ın kapitanı Ayşən Əbdüləzimova: “Cavab oyununa ciddi hazırlaşmalıyıq”
- 20 Okt 2026 23:26
- 33
Ölkəmizi qadın voleybolçuların Çempionlar Liqasında təmsil edən "Turan" klubu ilk oyununu keçirib. "Rekord.az" xəbər verir ki, bu gün Tovuz Olimpiya İdman Kompleksində yarışın 2-ci təsnifat mərhələsi çərçivəsində baş tutan görüşdə komandanın rəqibi Xorvatiyanın "Mladost" kollektivi olub.
Avrokuboklarda debüt edən "Turan"ın ilk oyundan 3:0 hesablı qələbə ilə ayrılıb. Komandanın kapitanı Ayşən Abduləzimova qarşılaşmadan sonra fikirlərini bölüşüb:
“İlk oyun və ilk həyəcan idi. Şadam ki, qələbə qazandıq. Birinci setdə həyəcanımız daha çox olsa da, sonradan oyunun ritmini tutduq. Lakin cavab oyunu daha çox mühümdür. Çünki səfərdə keçiriləcək bu qarşılaşma daha çətin olacaq. Buna görə də ciddi hazırlaşmalı və qələbə üçün əlimizdən gələni etməliyik”.
Qeyd edək ki, Ayşən qarşılaşmanın ən yaxşı oyunçularından olub. Kapitan komandasına 5-i hücumda, 3-ü blokda, 2-si isə eyslə olmaqla 10 xal qazandırıb. O, hücumda 83 faizlə oynayıb, bu da qarşılaşmanın ən yaxşı göstəricisidir.