"Neftçi" FIBA Avropa Kubokunda növbəti oyununa çıxır
- 10:30
- 39
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun qrup mərhələsində növbəti oyununa bu gün çıxacaq.
Rekord.az xəbər verir ki, Azərbaycan təmsilçisi H qrupundakı üçüncü matçında İsveçrədə "Fribur Olimpik"in qonağı olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Xatırladaq ki, "Neftçi" daha əvvəl müntəzəm mövsümdə Yunanıstan təmsilçisi "Mikonos"a (58:78) və Latviyanın VEF kollektivinə uduzub - 94:110.