Yeni mövsümün hazırlığını Türkiyənin Bolu şəhərində davam etdirən “Zirə” növbəti yoxlama matçını keçirib.


Rekord.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda “Ankara Keçiörengücü” ilə üz-üzə gəlib.


Qarşılaşma Bakı təmsilçisini qələbəsi ilə yekunlaşıb - 2:1. "Qartallar"ın qollarını 13-cü dəqiqədə Brahim Konate və 84-cü dəqiqədə Abdul Aziz Batibye vurublar.


"Zirə" daha əvvəl Bakıda “Qarabağ”a qarşı keçirdiyi yoxlama matçında 0:4 hesabı ilə məğlub olub.