
“Zirə” Boluda ilk məşqinə çıxdı
- 07 İyl 2025 13:45
- 55
Yeni mövsümün hazırlığını davam etdirən "Zirə" Türkiyəyə yollanıb.
Rekord.az xəbər verir ki, təlim-məşq toplanışının ikinci mərhələsini Bolu şəhərində keçirəcək "qartallar" ötən gün ilk məşqinə çıxıb.
Qeyd edək ki, iyulun 17-nə qədər qonşu ölkədə olacaq "Zirə" bu müddətdə 4 yoxlama matçı keçirməyi planlaşdırır. Oyunlar 8, 12 və 16 iyul (iki oyun) tarixlərində keçiriləcək. Rəqiblərin kimliyi barədə hələlik açıqlama verilməyib.