Martın 29-da Zərdab Rayon İcra Hakimiyyətinin, Zərdab Rayon Polis şöbəsinin və Zərdab Rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Həzi Aslanov adına şəhər 3 saylı tam orta məktəbdə "Sağlam həyat naminə zərərli vərdişlərə son !" devizi ilə “Narkomaniya ilə mübarizə”, “Erkən nigah problemləri”, “Dini radikalizmin fəsadları” və “İnsan alverinə qarşı mübarizə” mövzusunda görüş keçirilib.

Rekord.az xəbər verir ki, tədbir zamanı çıxış edənlər sağlamlığın qorunmasının vacibliyi və zərərli vərdişlərin, erkən nigahların insan üçün psixoloji və bioloji zərərləri, dini radikalizmin fəsadları və mənfi nəticələri haqqında məlumat verərək onları bu cür mənfi hallardan uzaq olmağa çağırıblar.

Sonda qeyd olunan mövzularda video çarx nümayiş olunub və iştirakçıları maraqlandıran suallar cavblandırılıb.