Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Zərdab rayon İcra Hakimiyyətinin dəstəyi ilə Zərdab rayon Gənclər və İdman idarəsi tərəfindən martın 18-də Gəlmə kənd tam orta məktəbinin idman bazasında "Sağlam həyat" bədən tərbiyəsi və idman layihəsinin rayon turu keçirilib.

Rekord.az xəbər verir ki, layihə çərçivəsində 18-60 yaş qrupları üzrə iştirakçılar müxtəlif məsafələrə qaçış, turnikdə dartınma və yerindən uzunluğa tullanma mərhələlərində iştirak edib..

Müxtəlif mərhələlərdə fərqlənmiş iştirakçılara Zərdab Rayon Gənclər və İdman idarəsinin diplomları təqdim olunubZərdabda #SağlamHəyat bədən tərbiyəsi və idman layihəsinin rayon turu keçirildi.