AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının 8-cii turunun oyunlarındakı mübahisəli epizodları şərh edib.


Rekord.az xəbər verir ki, milli assosiasiyanın mətbuat xidmətinə açıqlama verən sədr hakimlərin doğru qərarlar verdiyini söyləyib.


Bundan əlavə, R.Həsənov 7-ci turda "Neftçi" - "Sabah" oyunundakı mübahisəli epizoda da münasibət bildirib. O, ədalət təmsilçisinin həmin vəziyyət zamanı da düzgün qərar qəbul etdiyini deyib.