Zədələndi, meydançanı tərk etdi, həkim alqış qazandı
- 11:00
- 49
"Turan Tovuz"la Bizon Azərbaycan kubokunun cavab 1/4 final matçında "Kəpəz" üçün xoş olmayan olay yaşanıb.
Rekord.az xəbər verir ki, Gəncə klubunun yaponiyalı futbolçusu Ryonosuke Ohori zədələərək meydançanı vaxtından əvvəl tərk elədi.
Futbolçunun ayağındakı ağrılar o qədər güclü idi ki, o, özü gəzə bilmirdi. Bu zaman "Kəpəz"in həkimi onu belinə götrürərək soyunub-geyinmə otağına apardı. Həkimin bu hərəkəti isə tribunaya toplaşan azarkeşlər tərəfindən alqışla qarşılandı.