Növbəti mövsüm Premyer Liqada oynamaqla bağlı lisenziya alan "Zaqatala" AFFA İcraiyyə Komitəsinin verəcəyi yekun qərarı gözləyir.

Rekord.az xəbər verir ki, Zaqatala təmsilçisi elitaya buraxılacağı halda stadionla bağlı dəyişikliyə gedəcək.

Baxmayaraq ki, ifrastruktur baxımından federasiya onlara "yaşıl işıq" yandırıb, amma bu, o demək deyil ki, hər şey qaydasındadır. Məsələn, komandanın ev oyunlarını keçirdiyi Zaqatala Olimpiya İdman Kompleksinin süni örtüyü istismar müddətini çoxdan başa vurub. Əgər komanda Premyer Liqaya buraxılsa, bu meydançada oynamasına icazə verilməyəcək. Ona görə, komanda elitaya gələsi olsa, hazırkı stadionun qazonu mütləq şəkildə yenil\nəcək.