"Zaqatala" birinci diviziona məğlubiyyətlə başladı. Bölgə təmsilçisi ilk oyunda MOİK-ə 0:2 hesabı ilə uduzdu.

Bu qarşılaşmada komandanın heyətində bir futbolçu - Nikolos Saknelaşvili diqqətimizi çəkdi. Onunla bağlı ətraflı məlumat almaq üçün “Zaqatala”nın baş məşqçisi Rüstəm Məmmədovla əlaqə saxladıq.

Rekord.az xəbər verir ki, mütəxəssis “Football-plus.az” saytına bunları söylədi:
 

"Saknelaşvili gürcü deyil. İnqiloydu, Qaxdandı. Pis futbolçu olmasa da, hələ tam formada deyil. Ampluaca yarımmüdafiəçidi. Heyətdə itkilərimiz çox olduğundan onu müdafiəçi kimi oynatdıq. Amma gözlədiyim effekti vermədi. İrəlidə daha yaxşı oynayır, hücumlara qoşulmağı, cinahdan reydlər etməyi sevir. Hələ üzərində çox işləyib formasını bərpa etməlidi. Qarşıdakı oyunlarda onu doğma mövqeyində oynadacam".