"Yuventus"un qapıçısı Voyçex Şesni bir ayda ikinci dəfə zədələnib.

Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, əvvəlcə avqustun 7-də “Atletiko”(Madrid) ilə yoldaşlıq görüşündə (0:4) zədələnən polşalı qolkiper ikinci dəfə çərşənbə günü İtaliya A Seriyasının 4-cü turunun “Spezia” oyununda sıradan çıxıb.

O, buna görə də ilk yarıda əvəzlənib.

Həkimlər Şesninin ayaq bağlarında sınıq və ya əhəmiyyətli dərəcədə zədələnmə olduğunu düşünsələr də, sonradan onun topuğunda burxulma qeydə alınıb.