"Liverpul" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır. 

Rekord.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.

"Mersisaydlılar" "Yuventus"la Artur Melonun icarəyə götürülməsi üçün razılaşıblar. 26 yaşlı yarımmüdafiəçi tezliklə tibbi müayinədən keçəcək və onunla müqavilə imzalanacaq. "Yuventus" Melonun baş məşqçi Massimiliano Alleqrinin planlarında olmadığına görə "Liverpul"a keçməsinə asanlıqla razılıq verib.

Qeyd edək ki, Artur A seriyasının yeni mövsümündə heç bir oyuna çıxmayıb.