
Yubiley oyununda qol
- 22 Avq 2022 15:15
- 412
Aleksey İsayev “Sabah”ın heyətində 50-ci çempionat matçına çıxıb. Rekord.az xəbər verir ki, bu, Misli Premyer Liqasının 3-cü turuna təsadüf edib.
“Neftçi” ilə ev matçında penaltidən qol vuran yarımmüdafiəçi yubileyinə töhfə verib. Bakı klubunda 3-cü mövsümünü keçirən İsayev 50 qarşılaşmada 8 qola imza atıb.
Aleksey “Sabah”ın tarixində Premyer Liqada 50 və daha çox oyun keçirən 6-cı futbolçudur. Onadək yalnız beş oyunçu “100”ü yarılayıb.
İsayevin hesabı bərabərləşdirdiyi qarşılaşmada meydan sahibləri qələbə qazanıb – 2:1.