Türkiyədə qadın voleybolçuların birinciliyində növbəti turun oyunları keçirilib. "Rekord.az" xəbər verir ki, Azərbaycan yığmasının üzvü Olena Xarçenkonun formasını geyindiyi "Çukurova BLD. Adana Demirspor" 24-cü turda "Nilüfer BLD" klubunu qəbul edib. 

Görüş gərginliyi ilə yadda qalıb. 5 set davam edən matçda Olena və rəfiqələri 2:3 (21:25, 25:23, 25:17, 25:27, 9:15) hesabı ilə uduzublar.

Komandasının xalsız qaldığı qarşılaşmada millimizin üzvü meydana çıxmayıb.