Voleybolçu qadınlardan ibarət Azərbaycan yığmasının üzvü Olena Xarçenko Türkiyədə növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, blokçumuzun formasını geyindiyi "Çukurova BLD" 22-ci turda "Fenerbahçe"ni qəbul edib. 

Görüş qonaqların üstünlüyü ilə keçib. 3 hissə davam edən matçda Olena və rəfiqələri quru hesablı məğlubiyyətlə barışmalı olublar - 0:3 (17:25, 17:25, 15:25).

Komandasının xalsız qaldığı qarşılaşmada millimizin üzvü əvəzetmə ilə oynayıb. Xarçenko meydanda olduğu müddətdə 6 dəfə fərqlənib. O, bu xallardan 4-nü hücumda, 2-ni isə blokda qazanıb.

Qeyd edək ki, Adana təmsilçisi 29 xalla 8-ci pillədə qərarlaşıb.