Türkiyədə qadın voleybolçular birinciliyində növbəti oyunlar baş tutub. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin üzvü Olena Xarçenkonun formasını geyindiyi "Çukurova BLD. Adana Demirspor" 23-cü turda "Eczacıbaşı" klubunun qonağı olub. 

Görüş meydan sahiblərinin üstünlüyü ilə başlayıb. 3 set davam edən matçda çempionatının məğlubiyyətsiz vahid lideri blokçumuzun komandasına heç bir şans verməyib. Olena və rəfiqələri meydandan quru hesablı məğlubiyyətlə ayrılıblar - 0:3 (17:25, 20:25, 21:25). 

Komandasının xalsız qaldığı səfər qarşılaşmasında yığmamızn üzvü meydana çıxmayıb.