Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Marqarita Stepanenko Polşa birinciliyində çıxışını başa vurub. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyini "Radomka"nın 9-cu yer uğrunda mübarizədəki rəqibi "UNI Opole" klubu ilə cavab matçına çıxıb.

Cütün ilk görüşündə 3:1 hesabı ilə qalib gələn voleybolçumuzun komandası cavab matçına da yaxşı başlayıb və ilk seti qalib başa vurub. Lakin növbəti hissələrdə rəqib qələbə qazanıb və ümumi hesabı bərabərləşdirib. Qalibi müəyyənləşdirmək üçün isə Qızıl setə ehtiyac yaranıb. Gərgin keçən həlledici hissədə Rita və rəfiqələri daha dəqiq oynayıblar - 15:13.

Beləliklə, "Radomka" qələbə qazanaraq Polşa çempionatını 9-cu pillədə başa vurub. Komandasının son matçında yığmamızın üzvü 19 xal qazanmaqla qarşılaşmanın ən məhsuldar oyunçusu olub və MVP (Ən dəyərli oyunçu) seçilib. Stepanenko rəqibi 16 dəfə hücumda, 2 dəfə blokda, 1 dəfə isə eyslə məyus edib.