
Yığmamız dünya çempionatına vəsiqə qazandı
- 09 Sen 2025 19:30
- 57
Azərbaycanın airbadminton millisi dünya çempionatına vəsiqə qazanıb.
Bu barədə Rekord.az-a Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Bakıda keçirilən Airbadminton üzrə Avropa çempionatında komanda yarışında qitənin ən güclü 2-ci komandası adını qazanan milli bu il dekabrın 11-dən 14-nə qədər Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində keçiriləcək dünya çempionatında iştirak hüququ əldə edib.
Qeyd edək ki, dünya çempionatında Avropadan Azərbaycandan başqa son çempion Almaniya və Bakıda keçirilən qitə çempionatının üçüncü olan Bolqarıstan təmsil olunacaq.