
Yığmamız Albaniya millisinə məğlub oldu
- 05 May 2023 11:30
- 343
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Albaniyanın paytaxtı Tiranada təşkil olunmuş UEFA İnkişaf turnirində növbəti oyununu keçirib.
Rekord.az xəbər verir ki, Albaniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 0:1 hesabı ilə məğlub olub.
Millimiz turnirdə son oyununu mayın 7-də Moldova komandasına qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
Xatırladaq ki, Azərbaycan yığması ilk matçında Farer adalarına 4:2 hesabıyla qalib gəlmişdi.