Yığma komandalarımız sabah avroliqada növbəti oyunlarına çıxacaq
- 23 May 2024 09:59
- 305
Qızıl Avropa Liqasında mübarizə aparan Azərbaycanın voleybol üzrə yığma komandaları sabah növbəti oyunlarına çıxacaqlar. "Rekord.az" xəbər verir ki, həm qadınların, həm də kişilərin yarışında 2-ci tur 24-26 may tarixlərində baş tutacaq.
Hər iki millimiz ikinci turun oyunlarını səfərdə keçirəcək. Qadınlardan ibarət yığmamız Rumıniyada, kişi voleybolçularımız isə Belçikada meydançaya çıxacaqlar.
Faiq Qarayevin yetirmələri mayın 24-də yerli vaxtla saat 17:00-da ev sahibi ilə üz-üzə gələcəklər. Millimiz növbəti oyununa isə mayın 25-də çıxacaq. Yerli vaxtla saat 17:00-da start götürəcək bu görüşdə rəqibimiz İsveç kollektivi olacaq.
Kişi millimiz ikinci tur çərçivəsində mayın 24-də Belçika yığması ilə üz-üzə gələcək. Növbəti gün isə komandamızın rəqibi Şimali Makedoniya millisi olacaq. Hər iki oyun yerli vaxtla saat 17:30-da başlayacaq.
Qızıl Avropa Liqası
Oyunların başlanma saatı yerli vaxtla göstərilib
Qadınlar
II tur (Rumıniya)
24 may
17:00 Azərbaycan - Rumıniya
25 may
17:00 İsveç- Azərbaycan
Kişilər
II tur (Belçika)
24 may
17:30 Azərbaycan - Belçika
25 may
17:30 Şimali Makedoniya - Azərbaycan