Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş idarə, təşkilat və müəssisələr arasında mini-futbol rayon turnirinin finalçıları məlum olub.

Rekord.az xəbər verir ki, gərgin mübarizə şəraitində keçən , “Mühafizə Polisi” və “Azəriqaz”İB” qarşılaşmasında oyunun əsas vaxtı 0:0 hesabı ilə bitib.

Oyun sonrası penaltilərdə “Mühafizə Polisi” komandası 4:3 hesabı ilə rəqibini üstələyərək ilk finalçı olub.

“Arfa” və “Polis” qarşılaşmasında da oyunun əsas vaxtı 0:0 hesabı ilə bitib. Oyun sonrası penaltilərdə “Arfa” komandası 4:2 hesabı ilə rəqibini üstələyərək turnirin ikinci finalçısı olub.