Region Liqasında debüt edəcək “Xəzər Lənkəran 42” transfer çalışmalarını sürətləndirib.

Rekord.az xəbər verir ki, Ağadadaş Həmidovun baş məşqçisi olduğu komanda 5 yeni futbolçuyla güclənib.

Cənub zonasının iştirakçısı Əskər Əskərlini rənglərinə bağlayıb. Müdafiəçi mövqeyində çıxış edən gənc bunadək “Səbail”in aşağı yaş qruplarında futbolun sirlərini öyrənib.

Arxa xət oyunçusu olan Vəliyət Əskərli “Xəzər Lənkəran”ın aşağı yaş qruplarında və “Zirə”d forma geyinib.

Yenilərdən Murad Nəcəfov hücumçudur. Keçən sezon Region Liqasında “Astara”nın düşərgəsində yer alıb.

Yeni yaranmış klubun qucaq açdığı daha bir forvard Mirəli İsmayılovdur. “Neftçi”, “Bakı”, “Xəzər Lənkəran” və “Astara”nın şərəfini qoruyub.