Bu gün Bakı İdman Sarayında futsal üzrə Yüksək və Birinci liqalarda 2023-2024-cü il mövsümünün püşkü atılıb.

Rekord.az xəbər verir ki, Yüksək Liqada 6 komanda iştirak edəcək. 

Oyunlar 4 dövrədən və 20 turdan ibarət olacaq. Mövsümə sentyabrın 26-da start veriləcək. Komandalar 7 legioner sifariş edə biləcək.

Birinci Liqada isə 12 komanda iştirak edəcək. Oyunlar 2 dövrədən və 22 turdan ibarət olacaq. Birinci turun oyunları oktyabrın 1-də keçiriləcək.

Yüksək Liqa, 1-ci tur
26 sentyabr

“Neftçi” İK – “Baku Fire”
“Araz Naxçıvan” – “Yasamal Bakı”
“Record” – U-19

Birinci Liqa, 1-ci tur
1 oktyabr

“Bakı” MFK – “Xan Lənkəran”
“STAR kargo” – “Trabzon Azərbaycan”
“Metropoliten” – “Şuşa”
“Dalğa” – “Dəstə Ordubad”
“Baku Fire-2” – “Ulduz”
PFL - “Timsport”