
Yayda "İnter"dən ayrılır
- 18 Apr 2022 12:16
- 494
"İnter"in qapıçısı İonut Radu mövsümün sonunda komandadan ayrılacaq.
Rekord.az xəbər verir ki, bunu rumıniyalı qolkiperin agenti İtaliya mətbuatına açıqlamasında deyib. O, 24 yaşlı qapıçının oynaya biləcəyi bir kluba keçəcəyini bildirib.
Qeyd edək ki, 2013-cü ildən "İnter"in akademiyasında olan Radu 2016-cı ildə əsas komandada debüt edib. O, bu mövsüm "İnter"in heyətində cəmi bir oyuna çıxıb və 2 qol buraxıb.