Krivotsyukun komandasından növbəti qələbə
- 16:00
- 37
Cənubi Koreya çempionatında 35-ci turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Anton Krivotsyukun çıxış etdiyi “Daejeon” evdə “İnçeon”la qarşılaşıb.
Görüş 2:0 hesabıyla “Daejeon”un xeyrinə başa çatıb. Krivotsyuk da bu görüşün iştirakçısı olub. 26 yaşlı müdafiəçi matça start heyətində başlayıb və sona qədər meydanda olub.
“Daejeon” 53 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.