“Sumqayıt”ın legionerlərinə millidən dəvət
- 22:00
- 43
“Sumqayıt”ın 2 futbolçusu müxtəlif beynəlxalq turnirlərdə ölkələrinin şərəfini qorumaq üçün yığmalara çağırılıb.
Rekord.az kluba istinadən xəbər verir ki, yarımmüdafiəçi Sedrik Badolo Afrika Millətlər Kubokunun təsnifat mərhələsində Mavritaniya ilə keçiriləcək matçlar üçün Burkina-Faso yığmasına cəlb olunub.
Müdafiəçi İmani Barker isə CONCACAF Millətlər Liqasının B Liqası çərçivəsində keçiriləcək Kayman Adaları və Puerto Riko ilə qarşılaşmalarda Qayana yığmasının formasını geyinəcək.