Güclü yağış bu meydançadsakı məşqləri təxirə saldı
- 11:00
- 41
Bir neçə gündür ölkə ərazisində, o cümlədən Bakdıa yağan güclü yağış futbol klublarının hazırlığına da təsir edib.
Rekord.az xəbər verir ki, güclü yağış köhnə "Neftçibaza"nın süni örtüyünü də əlverişsiz duruma gətirib.
Drernaj sistemi lazımı səviyyədə olmadığı üçün su süni qazona yığılıb və qaçmaq, futbol oynamaq çətinləşib. Bu səbəbdən dünən bu meydançaya məşq təyin edən komandalar onu təxirə salıb. I Liqanın lideri "Şahdağ" da saat 13:00-a təyin etdiyi məşqi ləğv edərək, onu fitnes hazırlığı ilə əvəzləyib.