“Sabah" bu gün Bakıda "Trabzonspor"la üz-üzə gələcək
- 13:40
- 46
"Sabah" basketbol komandası FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə növbəti oyununa bu gün çıxacaq.
Rekord.az xəbər verir ki, Azərbaycan təmsilçisi Bakıda Türkiyənin "Trabzonspor" kollektivi ilə üz-üzə gələcək.
Milli Gimnastika Arenasındakı görüş saat 20:00-da start götürəcək.
Xatırladaq ki, "Sabah" III turda Fransanın "Nanter 92" klubunu məğlub edib - 87:80. Azərbaycan çempionu I turda səfərdə "Ritas"a (Litva) 73:82, II turda "Trabzonspor"a 83:100 hesabı ilə uduzub.