Azərbaycan millisinin heyətində dəyişiklik edildi
- 20:00
- 44
Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
Rekord.az AFFA-nın saytına istinadən xəbər verir ki, yığmanın futbolçusu Lorenzo Mezzotero son çempionat matçında zədələnib.
Zədə səbəbindən Lorenzo Mezzotero milli komandanın heyətindən çıxarılıb. Onun əvəzinə “Araz-Naxçıvan” klubunun üzvü Ağadadaş Salyanski milliyə dəvət olunub.