
Yaşar Vahabzadə Gəncədə AFFA-nın ayırdığı maşınla gəzir
- 08 Apr 2022 12:00
- 618
"Kəpəz" azarkeşləri komandanın baş məşqçisi Yaşar Vahabzadədən narazılıqlarını növbəti dəfə dilə gətiriblər. Onların fikrincə AFFA bu məşqçi üçün Gəncədə bütün şəraiti yaradıb, amma buna baxmayaraq, ortada nəticə yoxdur.
Rekord.az-a verilən məlumata görə, sən demə Vahabzadənin Gəncədə istifadı etdiyi avtomobil də federasiyadan ona verilib.
Yəni məşqçi Gəncədə olanda və bu şəhərdə hərəkət eliyəndə şəxsi avtomobilindən yox, AFFA-nın verdiyi avtomobildən istifadə edir. Avtomobilin bütün xərcləri (benzin, texniki baxış, təmir) hamısı federasiya tərəfindən ödənilir.