
Xudiyev və Məhərrəmov Konfrans Liqası oyunlarına təyinat aldılar
- 10 Okt 2022 21:10
- 390
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev Avropa Konfrans Liqasının oyununa təyinat alıb.
Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Slovakiyada "Slovan" və İsveçrə "Bazel"i arasında keçiriləcək qrup mərhələsinin 4-cü tur matçında hakimlərin işinə qiymət verəcək.
Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov isə eyni turda keçiriləcək "Styaua" (Rumıniya) - "Silkeborq" (Danimarka) görüşündə UEFA nümayəndəsi olacaq.
Qarşılaşmaların hər ikisi oktyabrın 13-də keçiriləcək.